Bu ölkədə mağaza və restoranlar fəaliyyətə başlayır | Banco.az

Bu ölkədə mağaza və restoranlar fəaliyyətə başlayır

Aprelin 14-dən etibarən Avstriyada bəzi kiçik mağaza və restoranlar açılacaq.

Bu barədə Avstriyanın kansleri Sebastian Kurtz aprelin 6-da keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, cari ilin may ayından etibarən başqa mağaza və restoranların da açılacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Kansler deyib ki, əhalinin nizam-intizama riayət etməsi vacibdir: “Məqsədimiz fəaliyyəti mərhələ-mərhələ yenidən bərpa etməkdir”.

Bildirilib ki, konsert kimi çoxsaylı insanı bir araya gətirən tədbirlərin iyunadək qadağan ediləcəyi gözlənilir.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et