Bu ölkədə gündə 4 saat elektrik enerjisi üçün 600 milyon dollar tələb olunur | Banco.az

Bu ölkədə gündə 4 saat elektrik enerjisi üçün 600 milyon dollar tələb olunur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Livanın gündə 4 saat elektrik enerjisi üçün 600 milyon dollara ehtiyacı var.

Banco.az xəbər verir ki, Livanın Energetika və Su Ehtiyatları Naziri Valid Fəyyad vətəndaşların gündə 4 saat elektrik enerjisi ilə təmin edilməsi üçün 600 milyon dollarlıq büdcəyə ehtiyac olduğunu bildirib.

Nazir ölkəsindəki elektrik böhranı ilə bağlı mətbuata açıqlama verib.

O, böhranın hüquqi və hərtərəfli həlli üçün plan hazırladıqlarını və bunu Nazirlər Şurasına təqdim edəcəklərini söyləyib.

Xatırladaq ki, 2019-cu ildən etibarən Livanda dərinləşməyə başlayan iqtisadi böhran səbəbindən yanacaqla işləyən elektrik enerjisi istehsalı müəssisələrinin işi demək olar ki, dayanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et