Bu ölkədə artıq işçilər özləri iş saatına qərar verəcək – YENİ QANUN | Banco.az

Bu ölkədə artıq işçilər özləri iş saatına qərar verəcək – YENİ QANUN

Ölkə ərazisində çalışan işçilərə təmin etdiyi çevik iş şəraiti və işçilərə qarşı dost mövqeyi ilə müntəzəm olaraq gündəmdə olan Finlandiyada 2020 – ci ildən qüvvəyə minəcək yeni qanun layihəsinə görə, işçilər iş gününün ən az yarısında “harada və nə vaxt işləyəcəklərinə” tamamilə özləri qərar verəcəklər.

Finlandiyada növbəti ildən etibarədən artıq 40 saatdan ibarət olan həftəlik iş müddətinin yarısının zaman və məkanını işçilərin özləri müəyyən edəcək.

1990 – cı illərin ortalarından bəri işçilərə günə ən az üç saat gec ya da erkən başlayaraq “iş saatlarını tənzimləmə” seçimi təqdim edən ölkədə növbəti ildən etibarən işləmə müddətinin yarısının zaman və məkanına məhz işçilər qərar verəcək.

Sözügedən qanun layihəsinin icrası 2020 –ci ildən başlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bu yeni qaydanın tətbiq edilməsinin xüsusilə azyaşlı uşağı, qayğısına qalmalı olduğu xəstə yaxını olanların daha çox işinə yarayacağı qeyd edilir. İş yeri evlərinə uzaq olanlar və ya digər şəhərlərdə işləmək istəyənlər üçün də bu çox əlverişli dəyişiklikdir.

Onu da xatırladaq ki, 2011 – ci ildə beynəlxalq miqyasda aparılan bir araşdırmaya görə, Finlandiyadakı şirkətlərin 90 % - i işçilərə çevik iş saatları təqdim edirlər.

96 ölkədən 18 min işçinin qatıldığı International Workplace Group araşdırmasına görə, çevik iş şəraiti məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır.

Həmçinin oxu: Dünyanın ən xoşbəxt ölkələri AÇIQLANIB

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç