Dünyanın ən xoşbəxt ölkələri AÇIQLANIB | Banco.az

Dünyanın ən xoşbəxt ölkələri AÇIQLANIB

2018 – ci ilin sonlarına doğru bu ilin Dünya Xoşbəxtlik Hesabatı da açıqlanıb. Siyahının ilk 10 – luğu öz aralarında sıralamada dəyişiklik yaşayarkən, ölkələrin özləri isə sabit qalıb.

BMT – nin Xoşbəxtlik Hesabatı ölkələr üzrə adam başına ÜDM göstəricisi, orta ömür müddəti, sosial yardım, azadlıq, etibarlılıq və rifah kimi altı maddəyə görə hazırlanır və BMT – nin ştatdankənar mütəxəssisləri tərəfindən həyata keçirilən aksiya çərçivəsində xalqa sosial dəstək, fərdi azadlıq, dövlət daxili korrupsiya ilə bağlı suallar ünvanlanır.

Hesabata görə, 2018- ci ilin ən xoşbəxt ölkəsi ötən ilin birincisi Norveçi keçərək Finlandiya olub.

İlk onluğu Avropa ölkələrinin təşkil etdiyi hesabatda ən bədbəxt ölkələrin isə Afrikada olduğu müşahidə edilib.

2018 – ci ilin ən xoşbəxt və bədbəxt ölkələri

Ən xoşbəxt olan Finlandiyanı ardıcıl olaraq Norveç, Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Kanada, Yeni Zelandiya, İsveç, Avstraliya izləyib.

Ən bədbəxt beş ölkə isə əsasən Afrika qitəsindən olmaqla: Yəmən, Tanzaniya, Cənubi Sudan, Orta Afrika Respublikası və Burundi olub.

Ən sərfəli kredit üçün müraciət et

Pulla xoşbəxtlik almaq mümkün olmur

Hesabatda diqqət çəkən digər bir məqam isə Yaponiya və ABŞ kimi iqtisadi baxımdan çox güclü ölkələrin bu siyahıda yuxarı pillələrdə yer almamağı olub. ÜDM göstəricisi ilə vətəndaşların xoşbəxtliyi arasında birbaşa əlaqə olmadığı da bəyan olub.

Ölkələr üzrə antidepressantlardan istifadə göstəricisi

Ən çox antidepressant (əhval-ruhiyyəni yaxşılaşdıran, həyəcan və gərginliyi götürən, psixi fəallığı yüksəldən psixotrop maddələr) istifadə edən ölkələr arasında ən xoşbəxt ölkələrin də olması olduqca maraqlı məqamdır.

Ölkələr üzrə ÜDM göstəricisi

Həmçinin oxu: 5 tövsiyə ilə baxış bucağınızı dəyişin

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et