Müəllif:Ayşən İmanova/Banco.az
Şri-Lankada buddizmlə süni intellekt (AI) arasındakı əlaqə öyrəniləcək.
Banco.az xəbər verir ki, bu barədə ölkə prezidenti Ranil Vikramasinqe məlumat verib.
Hakimiyyət 2025-ci ildə tədqiqatlar üçün 3 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır.
Ölkə prezidentinin sözlərinə görə, təşəbbüsün həyata keçirilməsi bu il planlaşdırılıb, lakin süni intellektdən istifadəni tənzimləyən qanunvericilik üzərində davam edən işlərə görə planlar təxirə salınmalı olub.
"Biz süni intellekt erasının başlanğıcındayıq və bu, onun gələcək 20 il ərzində inkişaf trayektoriyası ilə bağlı suallar doğurur. Gələn il Buddanın təlimləri ilə süni intellekt arasındakı əlaqəni araşdırmaq üçün 1 milyard rupi (təxminən 3,3 milyon dollar) ayrılması planlaşdırılır",- deyə qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!