Tamara Mustafayeva, Banco.az
Avstraliya Ehtiyat Bankı (mərkəzi bank) uçot dərəcəsini ötən 7 ilin ən yüksək səviyyəsinə qaldırıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avstraliya Ehtiyat Bankı proqnozlara uyğun olaraq uçot faizini 50 bənd artıraraq 2,35 faizə çatdırıb. Beləliklə, ölkədə uçot faizi 2015-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə qalxıb.
Qeyd edək ki, sonuncu faiz artımı ilə bank ən sürətli sərtləşdirmə tsiklini yaradıb. Belə ki, may ayında ölkədə siyasət faizi 0,1 faizlə rekord aşağı səviyyədə olub. Sonrakı faiz artımları ilə uçot dərəcəsi 2,35%-ə yüksəldilib.
Bizi sosial şəbəkələrdən izləyin!!