Bu ilin 10 ayında Azərbaycan neftinin orta qiyməti açıqlanıb.
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib ki, bu il 10 ayın orta göstəricisi bir barel üçün təqribən 72 dolların üzərində olub.
Nazir qeyd edib ki, cari il üçün neftin qiyməti 70 dollar olaraq müəyyən edilib.
