"Bu il bank əməliyyatlarının 69 %-i elektron daşıyıcılar vasitəsilə aparılıb" | Banco.az

"Bu il bank əməliyyatlarının 69 %-i elektron daşıyıcılar vasitəsilə aparılıb"

"Cari ildə aparılan bank əməliyyatlarının 69 %-i elektron daşıyıcılar vasitəsi ilə aparılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz bəndi çoxdur".

Bunu "Fintex Summit" Maliyyə və Texnologiyalar Sərgisində çıxış edən Zakir Nuriyev deyib.

Z.Nuriyevin sözlərinə görə, hazırda onlayn ödənişlərin həcmi kəskin artıb:

"Əgər pandemiyadan əvvəl bütöv il ərzində elektron ödənişlər 4,3 milyard manat idisə, bu ilin sadəcə ilk 4 ayı ərzində bu rəqəm 6 milyard manat olub. Cari ildə banklarda aparılan öməliyyatların sayca 75 %-i, həcm baxımında 40 %-i nağdsız hesablaşamların payına düşür".

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram