Bu il Azərbaycanın xalis maliyyə aktivləri 10 milyon dollar azalıb | Banco.az

Bu il Azərbaycanın xalis maliyyə aktivləri 10 milyon dollar azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xalis maliyyə aktivləri 10 milyon ABŞ dolları məbləğində azalıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyaların 102,5 milyon ABŞ dolları azalması, portfel investisiyalarının 500,6 milyon ABŞ dolları artması, digər investisiyaların isə 408,1 milyon ABŞ dolları azalması hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 498.6 mln. dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (- 668.1 mln. dollar), neft bonusu (450.2 mln. dollar), portfel investisiyaları (-582.3 mln. dollar) və digər investisiyalar (1298.8 mln. dollar) hesabına baş verib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et