Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ay ChatGPT 85,86% payla Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub.
Banco.az "statcounter"ə istinadən xəbər verir ki, may ayında ChatGPT-nin payı 79,52% təşkil edirdi.
Məlumata görə, ötən ay ölkədə ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Google Gemini (4,48%), Perplexity (4,48%), Claude (3,81%) Microsoft Copilot (1,38%).
Qeyd edək ki, iyunda qlobal miqyasda da ən çox istifadə edilən süni intellekt tətbiqi ChatGPT (76,89%) olub. Onun ən yaxın rəqibi Google Gemini-ın payı isə 7,96% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
