Bu il Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 15%-dən çox artıb | Banco.az

Bu il Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 15%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 98 milyon 321 min dollar və ya 15,5% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 728 milyon 796 min dollar təşkil edib.

Ötən ilin eyni dövründə bu göstərici 630 milyon 475 min dollara bərabər olub. 

11 ayda Türkiyəyə qeyri-neft ixracının Azərbaycanın ümumi ixracında payı 24.02% təşkil edib.  Hesabat dövründə Türkiyə Azərbaycandan ən çox qeyri-neft idxal edən 2-ci ölkə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram