Bu Hava yolu şirkəti təyyarə yeməklərinin servis edildiyi restoran açdı | Banco.az

Bu Hava yolu şirkəti təyyarə yeməklərinin servis edildiyi restoran açdı

Tamara Mustafayeva, Banco.az

Təkcə uçuş əsnasında təqdim edilən yeməklər pandemiya zamanı yerə enib. Belə ki, Taylandın milli hava limanı aylarla davam edən səyahət məhdudiyyətlərindən sonra təyyarədə yemək yemək istəyən müştərilər üçün təyyarə konsepsiyalı yeni restoran açıb. Bu restoran ehtiyac duyulmayan müxtəlif fabriklərdən tədarük edilən təyyarə hissələri ilə dekorasiya edilib.

Uzun müddətdir ki, təyyarələrini səmaya qaldırmayan Tayland Milli Hava Yolları paytaxt Banqnokda yerləşən inzibati mərkəz binasının kafesini aviasiya konsepsiyalı restorana çevirərək insanların bəyənisinə təqdim edib. Aylardır ki, davam edən səyahət məhdudiyyətlərindən sonra təyyarədə yemək üçün darıxan yüzlərlə insan bu yeni restorana baş çəkmək və uçuş əsnasında verilən yeməklərin yenidən dadına baxmaq üçün Tayland Hava Yollarına axın edib.

Tayland Hava Yolları koronavirusun yayılmasının qarşısını almaq üçün ticari aviareyləri dayandırsa da, sözügedən restorana daxil olan müştəriləri uniformalı təyyarə ekipajı qarşılayır.

Hava yolları şirkətinin keytrinq xidmətləri üzrə baş direktoru Varangkana Luerojvong gün ərzində təqribən 2000 yemək servisi həyata keçirən restoranın pandemiya əsnasına yaşadıqları maddi zərərin bir hissəsini yenidən qazanmağın məntiqli yolu olduğunu və həmçinin şirkətin digər ofislərini də oxşar konsepsiyada dizayn etmək istədiklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Dünyanın ən QEYRİ-ADİ McDonald`s restoranı bu ölkədədir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram