Dünyanın ən QEYRİ-ADİ McDonald`s restoranı bu ölkədədir | Banco.az

Dünyanın ən QEYRİ-ADİ McDonald`s restoranı bu ölkədədir

Tamara Mustafayeva, Banco.az

Hər zaman yaradıcı, əyləncəli və qeyri-adi marketinq kampaniyaları ilə tanınan McDonald`s bir-birindən fərqli restoranları ilə də maraq doğurur. Əvvəlki məqalələrimizdən birində şirkətin öz enerjisini istehsal edəcək yeni restoranı barəsində sizə məlumat vermişdik. Bu gün isə fast-fud nəhənginin uzun müddətdir ki, fəaliyyət göstərən və dünyanın ən qəribə konsepsiyalı restoranlarından biri hesab edilən təyyarə formalı restoranından bəhs edəcəyik.

McDonald`s enerjisini özü istehsal edən restoranını TƏQDİM ETDİ

McDonald`s dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən restoranlarını dizayn edərkən əsasən həmin ölkənin mədəni dəyərlərinə və maraq dairəsinə diqqət yetirir. Belə olduqda da çox fərqli konsepsiyalı restoranlar ərsəyə gəlir. Məsələn, Yeni Zelandiyada fəaliyyət göstərən "Taupo" adlı McDonald`s restoranı ehtimal ki, dünyanın ən cəlbedici restoranıdır. Yeni Zelandiyanın kiçik kurort qəsəbəsində tərk edilmiş təyyarə McDonald`s restoranına çevrilərək 20 ildən çoxdur ki, insanlara xidmət göstərir.

Douglas DC-3 modeli bu təyyarə uzun illər ərzində "Airplane Car Company" avtosalonunun reklamını həyata keçirib. Ancaq 1990-cı ildə McDonald`s şirkəti tərəfindən satın alınaraq 20 nəfərin içərisində yemək yeyə biləcəyi 10 masalı bir restorana çevrildi.

Ən sərfəli kredit üçün müraciət et

Üzərində McDonald`s loqosu olan təyyarə 30 ildən çoxdur ki, həmin ərazidədir. Restoranın idarəçiliyini həyata keçirən Eileen Byrne ve həyat yoldaşı Des 2000-ci ildən bəri burada fəaliyyət göstərirlər. Cütlük özlərini 2013-cü ildə "Daily Meal"-in "Dünyanın ən cəlbedici McDonald`s Restoranları" siyahısının ilk pilləsində gördükləri gündən bəri buranın turistik baxımdan böyük əhəmiyyət qazandığını söyləyir.

Həmçinin oxu: McDonald`s üçün hazırlanmış ən yaradıcı reklam afişaları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et