Müəllif:Mehin Qasımova/Banco.az
"Rus Standard" tərəfindən buraxılan "UnionPay" ödəniş sistemi kartları bankın ABŞ -ın sanksiya siyahısına daxil olması səbəbindən xaricdə fəaliyyətini bu gündən dayandıracaq .
Banco.az xəbər verir ki, bu barədə bankın Tass-a verdiyi məlumatda öz əksini tapıb. Bank bundan təəssüfləndiyini bildirib.
Qeyd edək ki, noyabrın 2-də ABŞ Maliyyə Nazirliyi Russia Standard-a, eləcə də bir sıra digər Rusiya banklarına və bir çox şirkətlərə qarşı sanksiyalar tətbiq ediblər.
İyul ayında "Tinkioff Bank" tərəfindən buraxılan "UnionPay" kartları ABŞ və Kanadanın tətbiq etdiyi sanksiyalara görə xaricdə fəaliyyətini dayandırıb.
İstifadəçilərə mümkün qədər tez nağd pul çıxarmaq tövsiyə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!