Bu gündən Azərbaycanda məktəblərin fəaliyyəti bərpa edilir | Banco.az

Bu gündən Azərbaycanda məktəblərin fəaliyyəti bərpa edilir

Bu gündən Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur.

Fevralın 1-dən əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər rayon və şəhərlərdə isə 4-5 dəfə keçiriləcək, qalan günlər şagirdlər distant formada tədrisi davam etdirəcəklər.

Şagirdlər məktəbə daxil olarkən onların temperaturu yoxlanılacaq və səhhətlərində hər hansı narahatlıq olacağı təqdirdə təcrid otağına yönləndiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram