Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq | Banco.az

Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bugün Türkiyədə yerli bazarların əsas diqqəti mərkəzi bankın faiz qərarına yönəlib.

Banco.az xəbər verir ki, bugün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi faiz qərarını açıqlayacaq.

Qeyd edək ki, noyabr ayında faiz dərəcəsini 150 baza bəndi azaldan və siyasət faizi olan bir həftəlik repo hərrac faizini 9 faizə endirən TCMB dekabr və yanvar iclaslarında heç bir dəyişiklik etməyib.

Adətən mərkəzi bankın faiz qərarı ilə bağlı oxşar fikirlər səsləndirən ekspertlər bugünkü iclasla bağlı isə fərqli proqnozlar veriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et