Bu geyim firması iş müsahibələri üçün pulsuz kostyum kirayəsinə icazə verdi | Banco.az

Bu geyim firması iş müsahibələri üçün pulsuz kostyum kirayəsinə icazə verdi

Tamara Mustafayeva, Banco.az

İsveçin tanınmış geyim markası H&M iş müsahiblərində geyinmək üçün müştərilərinin 24 saat ərzində ödənişsiz olaraq kostyum kirayə etməsinə imkan yaradan yeni kampaniya başladıb. 

"Uncommon London" tərəfindən yaradılan və Mark Romanek tərəfindən çəkilən yeni reklam filmində iş müsahibələri üçün hazırlaşan gənc oğlanlardan ibarət bir qrup yer alıb. Gənclərin kadrları oğulları ilə necə qürur duyduqlarını dilə gətirən anaların səmimi danışıqları ilə səsləndirilir.

Bu reklam filmi ilə təqdim edilən kampaniya çərçivəsində isə İngiltərədəki müştərilər 24 saat ərzində H&M mağazalarından kostyum kirayə edə və günün sonunda firmanın əməkdaşlıq etdiyi kimyəvi təmizləmə müəssisələrindən birinə təhvil verə biləcəklər. Müştərilər kirayə götürülən kostyumun nisbətən zədələnməsinə görə məsuliyyət daşımayacaq, ancaq daha böyük problem yaranarsa, sözügedən kostyumun pərakəndə satış qiymətini ödəməli olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

H&M rəsmiləri bu kampaniya vasitəsilə iş müsahibələrinə gedən namizədlərin daha güclü ilkin təəssürat yaratmasına köməklik göstərməyə çalışdıqlarını bildiriblər. 

Onu da qeyd edək ki, kampaniya ilkin mərhələdə Birləşmiş Krallıqda başladılsa da, 13 may tarixindən etibarən ABŞ-da da aktiv ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et