Bu ay Almaniyada işsiz əhalinin sayı gözləniləndən çox artıb | Banco.az

Bu ay Almaniyada işsiz əhalinin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada işsizlik avqust ayında gözləniləndən çox artıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Məşğulluq Agentliyi (BA) avqust ayı üzrə işsizlik rəqəmləri ilə bağlı məlumat yayıb.

Məlumata əsasən, ölkədə mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlərin sayı avqust ayında əvvəlki ayla müqayisədə 18 min nəfər artaraq 2,63 milyona çatıb. Ekspertlər işsiz əhalinin sayında bu müddət ərzində 10 min nəfər artım gözləyirdilər.

İşsizlik nisbəti isə 5,7 faizlə dəyişməz qalıb. 

Xatırladaq ki. alman hökuməti ölkədə işsizlik səviyyəsinin 2023 və 2024-cü illərdə müvafiq olaraq 5,4 faiz və 5,2 faiz səviyyələrində reallaşacağını proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram