Əgər gələcəkdə rəhbər olmaq kimi bir planınız varsa, özünüzə cəmi 6 sual verməlisiniz. Bütün suallara qətiyyətlə “hə” cavabı versəniz, deməli, mükəmməl rəhbər olmaq potensialınız var.
Arzularınıza gedən yolda çətinliklərə sinə gərməyə hazırsınız?
Sahibkar olmaq risk etmək deməkdir. Bu yola qədəm qoyan, yəni qeyri-ənənəvi karyeranı seçən şəxs anlamalıdır ki, yüksəlişdən daha çox, uçurumla üzləşmək ehtimalı var. Şəxsi inkişaf natiqi Cessi Beyer hesab edir ki, bu sualla üzləşmək mütləqdir. Hər kəs məqsədə gedən yolda problemlərlə üzləşir. Yaradıcı düşüncə tərzi və möhkəm qətiyyət olmalıdır ki, çətinliklərin öhdəsindən gələ biləsən.
Həmçinin oxu: Dünyanın ən yaxşı CEO-su kimdir?
Üzərinizə məsuliyyət götürməyə hazırsınız?
Əməkdaşların sayından və fəaliyyət göstərdiyiniz sahədən asılı olmayaraq öz biznesini idarə etmək çox çətindir. Rəhbər olduqdan sonra işə vaxtınızı, enerjinizi və könlünüzü verin. İşlər yolunda getməzsə, bütün günah və məsuliyyət təkcə sizin üzərinizdə olacaq və belə də olmalıdır. Əgər zərurət olsa, üzr istəməyi və daha adekvat çıxış yolu tapmağı da bacarmalısınız. Əmin olun ki, hələ çox səhvlər edəcəksiniz, odur ki, buna hazır olun.
Qeyri-standart və çərçivədən kənar düşünə bilirsiniz?
Yaxşı rəhbərin ən vacib xüsusiyyətlərindən biri də problemə ağıllı həll tapmaqdır. Bir qayda olaraq, öz şirkətini uğura aparan rəhbərlər çətinliklərlə digərlərindən daha çox üzləşib. Amma bu baryerləri aşıb yola davam edə biliblər. Çünki qeyri-standart düşünə və qarşılaşdıqları maneələrə yaradıcı cəhətdən yanaşa bilirlər.
Həmçinin oxu: Liderlərin yol verdiyi 3 BÖYÜK səhv
İnsanlarla ünsiyyətiniz necədir və onları anlaya bilirsininizmi?
Rəhbər vəzifələrdəki uğur cəmiyyətin bütün təbəqələrinə məxsus, müxtəlif yaş qrupuna və peşəyə aid insanlarla ünsiyyət qurmaq bacarığından asılıdır. Dialoqu maksimum aydın və effektiv aparmaq şirkət üçün həlledici rola malikdir. İşlərin istədiyiniz kimi getməyini istəyirsinizsə, konkret məqsədlər qoymağı və işlədiyiniz insanları dinləməyi öyrənin.
Sizi “kobud” adlandırmaq olarmı?
Rəhbər vəzifəsi əsəbləri zəif olanlar üçün deyil. Tənqidə sərt reaksiya verən insanlar rəhbər ola bilməz. Çünki rəhbəri tez-tez tənqid edirlər. Heç kəs sizin gördüyünüz ağır işi layiqli şəkildə qiymətləndirməyəcək.
Şirkətin başçısı kifayət qədər “kobud” olmalıdır ki, öz nəzər nöqtəsini müdafiə edə bilsin. Belə ki, sıravi əməkdaşlar heç də həmişə rəhbərliyin qərarları ilə razılaşmır.
İş rejimindən istirahət rejiminə keçə bilərsinizmi?
Ömür boyu işləmədiyiniz qədər işləməyə hazır olun. Lakin istirahət etməyi də bacarmalısınız. Şəxsi həyat və iş arasında balansı qoruyub saxlamalısınız. Stress əleyhinə sadə və təsirli üsulları mənimsəyin. Yoqa və ya səhər qaçışları ilə məşğul olun, iş günləri elektron poçta girmədiyiniz və məktublara cavab vermədiyiniz saatları müəyyənləşdirin. Beləcə iş prosesinə dincəlmiş, yenilənmiş və yeni nailiyyətlərə hazır şəkildə qayıdacaqsınız.
Həmçinin oxu: Karyera yüksəlişinə mane olan 6 yanlış fikir
Nigar Umaxanlı, Finco.az