Müəllif:Ayşən İmanova/Banco.az
Britaniyanın baş naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının 4 iyul parlament seçkilərindən sonra hakimiyyəti qoruyub saxlaya biləcəyi təqdirdə, qarşıdakı beş il ərzində Böyük Britaniyanın vergi yükünü 17 milyard funt-sterlinqə (21,7 milyard dollar) qədər azaldacağına söz verib.
Banco.az xəbər verir ki, o, bu barədə Tori partiyasının seçki manifestini təqdim edərkən bildirib.
Sunakın sözlərinə görə, mühafizəkarlar müxtəlif müavinətləri və pensiya ödənişlərini maliyyələşdirən milli sığorta sisteminə icbari ayırmaların məbləğini yenidən azaltmağa hazırdırlar. Bir işçinin ayda aldığı ilk min funt-sterlinq gəliri üçün ödənilməli olan bu verginin əsas dərəcəsinin ötən il 12 faiz olduğu halda, 8 faizdən 6 faizə endirilməsi təklif edilir.
Özünüməşğulluqla məşğul olanlar üçün də rüsumun tamamilə ləğv edilməsi təklif edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!