Britaniyada II Elizabetin heykəlinin açılışı olub | Banco.az

Britaniyada II Elizabetin heykəlinin açılışı olub

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyanın Oakham şəhərində şəhər kitabxanasının qarşısında II Elizabetin üç korgisi ilə əhatə olunmuş heykəlinin açılışı olub.

Banco.az xəbər verir ki, heykəlin açılış mərasimi aprelin 21-də, məkhum Kraliçanın  doğum günündə baş tutub.

Bu, kraliçanın ölümündən sonra ucaldılmış ilk heykəldir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1960-cı illərin əvvəllərinin şəklini əsas götürərək kraliçanı mərasim paltarında təsvir edib. İki metr hündürlüyü olan bürünc heykəlin açılışında təxminən 50 korgi iti iştirak edib.

Qeyd edək ki, bürünc abidə rayon sakinlərinin ianələri hesabına ucaldılıb. Onun tikintisi üçün tələb olunan 125 min funt-sterlinq (154 min dollar) qısa müddətdə toplanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et