BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb | Banco.az

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci yarısında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə və materiallara çəkdiyi bilavasitə (subpodratçı) xərcləri 758,7 mln. ABŞ dolları təşkil edib.

Banco.az “BP Azərbaycan”a istinadən xəbər verir ki, bu, illik müqayisədə 40,2 milyon ABŞ dolları və ya 5,6% çoxdur. 

Məlumata görə, birinci yarımildə BP-nin kiçik və orta müəssisələr üzrə xərcləri 220,8 mln. dollar, dövlət şirkətləri üzrə xərcləri 21,8 mln. dollar, yerli tərəfdaşı olan birgə müəssisələr üzrə xərcləri 332,5 mln. dollar, olub. Şirkət xarici podratçıların ölkə daxilində məsrəflərinə isə 183,6 mln. dollar  xərcləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram