BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin birinci rübündə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 398 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 2024-cü ilin eyni dövründə bu say 2 377 nəfər olub.

Banco.az xəbər verir ki, bu barədə BP şirkətinin 2025-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabatında qeyd edilib.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Qeyd edək ki, 2024-cü ilin sonunda 2, 413 nəfər, 2023-cü ilin sonunda isə 2 353 nəfər Azərbaycan vətəndaşı BP-də işləyib​. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram