Böyük Dördlük – audit şirkətləri | Banco.az

Böyük Dördlük – audit şirkətləri

Böyük audit dördlüyü deyəndə dünyanın dörd ən nəhəng audit şirkəti nəzərdə tutulur: PriceWaterhouseCoopers,  Deloitte, Ernst & Young və KPMG. Onlar audit xidmətləri ilə yanaşı həm də konsaltinq xidmətləri təklif edirlər.

Bir zamanlar nəhəng firmaların sayı səkkiz idi və onlar birlikdə “Böyük səkkizlik” adlanırdı.

 1989-cu ildə "Deloitte, Haskins and Sells" və "Touche Ross" birləşdi, yeni yaranan kompaniya isə "Deloitte & Touche" adlandı və elə həmin zaman "Ernst & Whinney" və "Arthur Young" birləşərək "Ernst & Young" şirkətinin təməlini qoydu.. Beləliklə “Böyük Səkkizlik” bundan sonra “Böyük Altılıq” ilə əvəzləndi.

1998-ci ildə kompaniyaların sayı növbəti dəfə azaldı: "Price Waterhouse" və "Coopers & Lybrand" birləşdi və bundan sonra yeni yaranan şirkət "PricewaterhouseCoopers” adı ilə tanındı.

Nəhayət beşliyin dördlüyə çevrilməsi 2002-ci ildə baş tutdu: Arthur Andersen müştərilərini kütləvi şəkildə və çox sürətlə itirirdi. Nəticədə kompaniya fəaliyyətini tamamı ilə dayandırdı

Cədvəldə “Böyük Dördlük” şirkətlərin 2013-cü il ərzindəki gəlirlərini görə bilərsiniz. Gördüyünüz kimi, onlar bir-biri ilə rahat rəqabətə girə bilirlər və gəlirləri müqayisə ediləcək səviyyədidir. Bu banklar dünyada sözügedən sahədəki bazarı öz aralarında bölüşdürüblər və ona rahatca nəzarət edirlər. bunu özünəməxsus oliqarxiya da adlandırmaq olar.

Şirkət

Gəlirlər

Əməkdaşlar

Hər işçiyə görə gəlir

Maliyyə ili

Baş qərargah

Deloitte

$32.4 mlrd

200,000

$162,000

2013

Birləşmiş Ştatlar

PwC

$32.1 mlrd

184,000

$174,456

2013

Birləşmiş Krallıq

Ernst & Young

$25.8 mlrd

175,000

$147,428

2013

Birləşmiş Krallıq

KPMG

$23.4 mlrd

155,000

$150,968

2013

Niderland

Ən sərfəli kredit üçün müraciət et

Dünya üzrə “Böyük dördülüyün” avtoriteti sarsılmazdır.  Özünə hörmət edən hər bir xarici və yerli bank, ya da şirkət mütləq bu şirkətlərin xidmətinə müraciət edir, istər illik hesabatlarda, istər də gərgin situasiyalarda. Nəzərə alın ki, şirkətlərinin gəlirlərinin böyük hissəsini audit deyil, konsaltinq xidmətləri qazandırır.

Əlbəttə ki yerli audit şirkətləri ilə müqayisədə, “Böyük dördlük auditorları”nın  öz xidmətləri üçün aldığı məvacib daha yüksək olur. Amma əmin ola bilərsiniz ki, onların təqdim etdiyi xidmətlər həqiqətən yüksək səviyyədə olub, özünü doğruldur və qeyd edilən məbləğlərə adekvat olur.  

Əlbəttə ki, dünyanın ən etibarlı və sınanılmış audit şirkətlərinin də reputasiyası tamamı ilə qüsursuz deyil. (məsələn Hindistanın Satyam Computer Services kompaniyasının keyfiyyətsiz auditi ilə bağlı). Amma belə halda “Böyük Dördülük”dən olan şirkətlər  öz səriştəsizlikləri üzündən dəymiş ziyanı ödəmək üçün kompensasiya və cərimə öhdəliyi götürürlər.