Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə işçilərin maaşı ikinci rübdə rekord sürətlə artıb.
Banco.az xəbər verir ki, iyun ayında başa çatan üç aylıq dövr ərzində Böyük Britaniyada bonuslar istisna olmaqla orta qazanc məbləği bir il əvvəllə müqayisədə 7,8 faiz artıb.
Milli Statistika İdarəsinin dərc etdiyi məlumatlara görə, bu artım 2001-ci ildə qeydə alınan göstəricidən sonra ən yüksək artımdır. İqtisadçılar isə 7,4 faiz artım gözləyirdilər.
Qeyd edək ki, İngiltərə Bankı (BOE) (mərkəzi bank) artan maaşların ölkə iqtisadiyyatında qiymətlərin bahalaşmasına gətirib çıxaracağından narahatdır. Odur ki, mərkəzi bankın növbəti dəfə faiz artımı qərarı verməsi istisna olunmur.
Xatırladaq ki, iqtisadçıların fikrincə, çərşənbə günü elan olunacaq nəticələr ölkədə inflyasiyanın yenidən azaldığını göstərəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!