Böyük Britaniya iqtisadiyyatı ilin I rübündə artım göstərib | Banco.az

Böyük Britaniya iqtisadiyyatı ilin I rübündə artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,1% artım göstərib.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsi (ONS) mart ayı və ilin I rübü üzrə artım göstəricilərini açıqlayıb. 

Bu göstəricilərə görə, yanvar ayı üzrə əvvəlcədən 0,4 faiz olaraq açıqlanan artım nisbəti 0,5 faizə doğru dəyişdirilib.

Bildirilib ki, mart ayında İngiltərə iqtisadiyyatı 0,3 faiz daralıb. Bu daralmada xidmət sektorunda fəaliyyətin 0,5 faiz azalması rol oynayıb.

Digər tərəfdən, ilin birinci rübü üzrə ümumilikdə isə iqtisadiyyat 0,1 faiz artıb. Xidmət sektorunda 0,1 faiz, tikinti sektorunda 0,7 faiz, emal sektorunda 0,1 faiz artım sözügedən böyümənin hərəkətverici qüvvəsi hesab edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et