BOKT “Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək | Banco.az

BOKT “Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Embafinans” QSC-nin istiqrazları 15 iyul 2020-ci il tarixində standart bazar seqmentində listinqə daxil edilmişdir.

Listinqə alınan istiqrazların yerləşdirilməsi 17 iyul tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Təqdim oluna biləcək sifarişin aşağı həddi istiqrazın nominal dəyərinə uyğun olaraq 1 000 (bir min) AZN təyin edilmişdir.

Ümumi həcmi 1 500 000 (bir milyon beş yüz min) manat olan istiqrazlarının tədavül müddəti 1 (bir) təqvim ilidir (365 gün) və illik faiz dərəcəsi 11% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq  1 (bir)  təqvim  ayından bir ödəniləcəkdir.

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Hərrac tarixi

İstiqrazların nominal qiyməti

AZ2006020609

Faizli təmin edilməmiş

1 500

(ədəd)

17.07.2020

1000 AZN

Ən sərfəli kredit üçün müraciət et

  

İstiqrazların emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC -dir.

            Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirmişdir.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et