“Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Bank of Baku” ASC-nin təşkilatçılığı ilə 14 May 2019-cu il tarixində “BOB Akademiyası” təlim mərkəzində gələcəyin mütəxəssislərinə təlimlər keçirilmişdir.
Təlimlər Bank of Baku-nun təcrübəli mütəxəssisləri tərəfindən Mühəndislik Universitetinin texnoparkında fəaliyyət göstərən, maliyyə və əsasən informasiya texnologiyaları istiqamətində təhsil alan tələbələrə “Agile metodologiyasının əsasları” və “İT təhlükəsizlik” mövzularda keçirilmişdir.