BMW və “Toyota” hidrogenlə işləyən elektrik avtomobilləri hazırlayacaq | Banco.az

BMW və “Toyota” hidrogenlə işləyən elektrik avtomobilləri hazırlayacaq

Müəllif: Ayşən İmanova, Banco.az

Almaniyanın “Bayerische Motoren Werke AG” (BMW) və Yaponiyanın "Toyota" şirkətləri birlikdə hidrogen yanacaq elementləri ilə işləyən elektrik avtomobilləri hazırlayacaqlar.

Banco.az xəbər verir ki, bu barədə BMW-nin press-relizində deyilir.

BMW 2028-ci ildə mövcud model seriyalarından biri çərçivəsində avtomobillərin hidrogen versiyalarını buraxacaq. Tərəfdaşlar birlikdə yeni hidrogen elektromobilləri üçün güc blokları hazırlayacaqlar.

Şirkətin hidrogen avtomobilləri üzrə vitse-prezidenti Maykl Rat jurnalistlərə bildirib ki, BMW-nin yeni avtomobilləri evdə elektrik avtomobilləri üçün şarj cihazları olmayan və ya enerji doldurma şəbəkələrinə çıxışı olmayan uzun məsafələrə səyahət etmək məcburiyyətində olan alıcılar üçün nəzərdə tutulub.

Qeyd olunub ki, hidrogenli elektrik avtomobilləri akkumulyatordan deyil, hidrogen və oksigenin qarşılıqlı təsiri nəticəsində yaranan elektrik enerjisi ilə işləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, BMW hidrogenli avtomobilləri akkumulyatorla işləyən elektromobillərin əvəzedicisi hesab etmir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram