Blok Zəncir (Blockchain) sistemi necə işləyir? - Sistemin boşluqları, problemli tərəfləri | Banco.az

Blok Zəncir (Blockchain) sistemi necə işləyir? - Sistemin boşluqları, problemli tərəfləri

Digital pul həyatımızın bir parçası olub, internetin bir növ yaşam tərzimizə təsirinin əhəmiyyətini qabardır. Artıq yatırımlar torpaq, daşınmaz əmlak, səhm kimi obyektlərdən daha çox mücərrəd kanallar vasitəsi ilə ötürülə bilən, saxlanıla və ya mübadilə ediləbilən vasitələrədir. Bunlardan da ən məhşuru Kripto pullardır ki, “şişirdilmiş” , “köpük” kimi ifadələrlə təndiq olunsada bu mədən hasilatına maraq olduqca böyükdür. Kriptovalyuta mövzusu ilə bağlı az-çox hərkəsin məlumatı var. Onlardan ən actual və məhşurları “Bitcoin” və “Litecoin” bazarda önəmli yerlərini almışdır. Eyni zamanda alternative kriptolar haqqında məlumat almaq üçün sonda qeyd etdiyim linkə daxil olaraq “Altcoinlə bağlı 3 sual” adlı məqaləmi oxuya bilərsiniz.

Bəs bunun hansı system vasitəsiylə idarə olunduğu, kriptovalyutalarla əməliyyatların nə dərəcədə likvid ola bildiyi maraqlıdır.

Sistem necə işləyir? Blok Zəncir prinsipi nədir?

Blok zəncir sistemi yeni verilənlərin daxil edildiyi və yerlərinin dəyişdirilə bilinmədiyi silinən məlumatın yaddaşda saxlanıldığı yüksək təhlükəsizlik tədbirləri ilə əhatəli digital şəbəkədir. Bunu bir mp3 proqramı kimi düşünsək, mahnıları sıralar şəklində yazılır və yerləri sabitdir, silinən mahnı sistemdə kiçik bir qeyd formasında saxlanılır.

Kriptovalyutaların internet ortamındakı varlığı, məlumatların riyazi alqoritmalar vasitəsiylə digital hala  gətirilməsi ilə bağlıdır. Edilən hər bir əməliyyat, rəqəmsal olaraq blok zəncirlər vasitəsiylə dəstəklənir. Təhlükəsizlik tədbiri xarakterli şifrələmə protokolları, hal-hazırda istifadə etdiyimiz komputerlərdə blok zəncir sisteminin yaradılmasını imkansız edir. Bir-biri ilə əlaqəli zəncirlər məlumatların operativ hərəkti üçün yüksək texniki gücə sahib vasitələrlə(komputerlər) təchiz olunur.

 

Sistemin müsbət və boşluqları, problemli tərəfləri.

Şirkətlər , iş ortaqları və s. arasında həyata keçirilən maliyyə transferləri riskli olsada vacibdir. Bu cür köçürmələrin fırıldaqçıların müdaxiləsi baxımından təhlükə daşıdığını bilirik. Bununla bağlı demək olar ki hər gün xəbərləri oxuyur, eşidirik. Lakin Kripto əməliyyatlara, sistemə müdaxilə və məlumatların oğurlanması üçün də Super Komputerlərə ehtiyac yaranır ki, bu komputerlərində təminatı asand deyil. Bu təhlükəsizlik sisteminin qırılması üçün kuantum komputer dedikləri güclü təchizad və əməliyyatlar aparabilən komputerlərin yayılması və əlçatan olması eyni zamanda təhlükəsizlik önləmlərinin inkişaf etdirilməməsi lazımdır. Belə bir irihəcmli ticarətə sahib bir bazar üçün bu da çox aşağı bir ehtimaldır.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda Mərkəzləşdirilmiş sistemin olmaması bu texnologiyanı daha da güvənli, etibarlı edir. Belə ki, bir hissədə yaşanan problemlər digər hissənin fəaliyyətinə əngəl törətmir. Bütün dünyaya yayılmış vəziyyətdə olan sistedə, hücumlar bir bölgəyə təsir etsədə, digər bölgələrdə ticarət davam etməkdədir.

“Block Chain”-nin yuxarıda qeyd etdiyimiz müsbət tərəfi qədər mənfi yönləridə vardır ki, bu da əməliyyatlar arasında yaşanan sürət problemidir. Çünki bir əməliyyatın yetinə yetirilməsi üçün, sistemin bütün keçmişi təkrar işləməsi lazımdır. Məsələn “Bitcoin” 8 əməliyyatı yerinə yetirərkən, özündən sonra sonra ən də dəyərli kripto “Ethereum”-da bu rəqəm 13-dür. Müəyyən təsəvvür formalaşsın deyə qeyd edim ki, pul transferləri ilə məşğul “Visa” saniyyədə 56000 əməliyyat həyata keçirməkdədir.

Beləliklə, mühəndislərə bu aktual bazar üçün sürətləndirmə xarakterli tədbiləri və ya aşağı sürətə adaptasiyanı tənzimləmək üsullarını atarıb tapmaq kimi mükəlləfiyyətləri var.

Hal-hazırda günümüz ödənişlərinin kriptovalyutalar vasitəsiylə həyata keçirmək kimi məsələlər ortaya çıxmaqdadır. Alış-veriş, maddi istehlak mallarının tədarükü, restoranda hesabın ödənilməsi kimi qavramları artıq Kriptovalyutalar üçündə normallaşdırmaq istəyirlər. Lakin qeyd etdiyim kimi bir kofenin pulunu ödəmək üçün təxminən 4-5 saat və ya daha çox gözləməyi kimsə istəməz.

Həmçinin bax: Altcoinlə bağlı 3 vacib sual!

Fuad VAHABZADƏ

Ən sərfəli krediti almaq üçün müraciət et