Biznes tələbələri karyera qurmaq üçün hansı şirkətləri ideal hesab edirlər? | Banco.az

Biznes tələbələri karyera qurmaq üçün hansı şirkətləri ideal hesab edirlər?

Google şirkəti öz işçilərinə valehedici imkanlar, yüksək əməkhaqqı və unikal iş mühiti yaratdığından tələbələr onu ideal işəgötürən hesab edirlər.

Universum - qlobal tədqiqat və məsləhət firması, bu yaxınlarda 25,606 nəfər  biznes üzrə təhsil alan tələbələr arasında sorğu keçirib. Hər bir tələbəyə 230 şirkət adı yazılan siyahı təqdim olunub və onlardan gələcəkdə işləmək istədikləri 5 şirkət və təşkilatın adını seçmələri xahiş olunub.

Universum şirkətinin əməkdaşları sorğuda iştirak edən tələbələrin seçimi əsasında ən arzu olunan 50 şirkətin siyahısın tərtib ediblər. Sorğu həmçinin incəsənət və təbiət elmləri ixtisası üzrə təhsil alan tələbələr arasında da keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Google- online reklam texnologiyaları, cloud computing, proqram təminatı və təbii ki, mükəmməl axtarış sisteminə görə, tələbələr arasında ən arzu olunan işə götürəndir. Tələbələrin 23.08%-i öz karyeralarını bu şirkətdə qurmağı arzulayırlar.

Walt Disney, Apple, Nike,və JPMorgan Chase isə ilk beşliyə daxil olublar.

Sizə, 50 şirkətin siyahısını və topladığı səs faizlərini təqdim edirik.