Fevralın 13-də Unibakın Xətai metrosu yaxınlığında, Xocali prospekti 44 ünvanında yerləşən yeni filialının açılışı oldu. Açılışda Banco.az olaraq, biz də iştirak etdik.
Zahiri tərtibatından bəlli idi ki, açılan bu filial Bankın yeni biznes konsepsiyasına uyğun dizayn edilib, əsasən korporativ müştərilərə, o cümlədən biznesini böyütmək istəyən kiçik və orta sahibkarlara xidmət göstərəcək.
Qeyd edək ki, Unibank fiziki və hüquqi şəxslərə xidmət göstərilməsi prosesini bir-birindən ayırır və bu, Bankın korporativ müştərilərə xidmət üzrə ixtisaslaşmış 4-cü filialıdır. İlk belə filial isə avqustun 20-də açılmış Qara Qarayev, Biznes Filialı idi. Daha sonra isə Dərnəgül və Bakı Soveti filialları öz təyinatını dəyişmişdi.
Fevralın 13-də müştərilərin istifadəsinə verilən yeni filial isə Unibankın “Biznes Mərkəzi” rolunu oynayacaq. Həcmlərinə görə digər biznes filiallarından daha böyük olan bu filialın tərtibatın da, biznes konsepsiyasına uyğun olaraq, tünd qırmızı rəngdən istifadə edilmişdir.