Biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb | Banco.az

Biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb

Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-nə qədər sahibkarların banklardan manatla aldığı kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2027-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fondla birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir.

İndiyə qədər kreditlərin alınması müddəti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-nə qədərki, hesablanmış faizlərə görə subsidiyaların verilməsi müddəti isə 2019–2025-ci illəri əhatə edirdi.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram