“McKinsey Company” qlobal miqyasda faciələrə səbəb olan koronavirus (COVID-19) ilə bağlı şirkətlərə yol göstərən təkliflərini paylaşıb. Şirkətin beynəlxalq miqyasda mütəxəssislərinin tövsiyələrini ilə hazırlanan təkliflər, çalışanların dəstəklənməsindən, riskin idarəedilməsi və sosial həllər yaratmasınadək 7 əsas addımı əhatə edir.
Kompaniya, həmçinin qeyd edir ki, 80-dən çox ölkəyə yayılan epidemiya qlobal iqtisadi inkişafa 0,3-0,7 nisbətində neqativ təsir edəcək. Belə ki, qlobal iqtisadi inkişaf ilin əvvəlində proqnozlaşdırılan 2,5% yerinə, 1,8-2,2% aralığına enəcək. Bu nisbət virusun dünya miqyasında yayılması və onun qarşısının alınması müddətinə bağlı olaraq dəyişəcək.
Şirkətlər koronavirus müddətini necə idarə etməlidirlər?
1. İşçilərinizi qoruyun. COVID-19 bir çox insana duyğusal təsir edir və gündəlik yaşayışlarına toxunur. Şirkətlərin bunu göz ardı etməsi mümkün deyil. İşçilərin sağlamlığını qorumaq üçün tədbirlər atılmalıdır. Şirkətlər qurumlar ilə görüşür və çalışanlarına təklif edəcəkləri dəstək mexanizmlərini öyrənməyə fokuslanır. Bundan başqa, bu mərhələdə şirkət liderləri məsələyə sahib çıxmalı və çalışanları ilə yaxın təmasda olmalıdırlar. Bu çox vacibdir.
2. COVID-19 komandası qurun. Şirkətlər koronavirus haqqında son məlumatları CEO-ya direkt raporlayan bir icraçı təyin etməli və hər departamentdən bir nəfər də bu lideri dəstəkləməlidir. Bu komandadakı şəxslər mövcud vəzifələrinin yerinə bu mövzuya fokuslanmalıdırlar. COVID-19 komandasının hədəfləri və işləri davamlı izlənilməli və yenilənməldir. Çalışanların sağlamlığının izlənilməsi, maliyyə riskinin idarəedilməsi, böhran planı yaratmaq, tədarük şəbəkəsinin yoxlanılması, müştəri tələblərində dramatik enmələrə qarşı marketinq və satış planlarının yaradılması, kommunikasiya, müvafiq xarici partnyorlar ilə koordinasiya və s. daxildir.
3. Likvidliliyin idarəedilməsini gücləndirin: Şirkətlər sektor və bazar dinamikalarını analizlər, datalar və mütəxəssis rəyləri ilə dəyərləndirməli və gəlir və xərclər ilə bağlı ssenarilər hazırlamalıdırlar. Hər bir ssenariyə görə də nağd pulun idarəedilməsi, mənfəət-zərər, balans kimi şirkətin maliyyə vəziyyətinə təsir edən və likvidliliyi azaldan faktorları ortaya qoyan modellər yaradılmalıdır. Hər faktor üçün isə gəlir-xərc hesabları optimallaşdırılmalı,maliyyənin idarəedilməsi, birləşmə-satın alma analizləri kimi şirkətin sabitliyini qoruyaca tədbirlər planlanmalıdır.
4. Tədarük zəncirini tarazlıqda saxlayın: Şirkətlər bütün tədarük zənciri boyunca mövcud ya da olacaq məhsul təminatı axsamalarını müəyyən etməli, inventar çıxarmalıdır. Məsələn, Çindəki istehsalın dayandığı müəssisələr ilə əməkdaşlıq içərisində olan şirkətlər, onların yenidən çalışmasına başlamasınadək keçən müddəti planlamalıdırlar. Buna görə də tədarükülərin dəstəklənməsi, məhsul tədarükü baş tutmursa, ona qarşı planlar edilməli, əgər istehsal başlayacaqsa, o zaman tələb də çoxlacaq. Şirkət bu axını nəzərə alaraq öncədən sifarişləri açıq hala gətirməli, çatdıırlma sistemlərinin sistemləşdirilməsi lazım olacaq. Eyni zamanda şirkətlər orta və uzunmüddətlidövrdə stabilləşmə planları etməli, biznes şəbəkələrini genişləndirməli, yeni tədarük mənbələri tapmalıdır. Bu addımlar, COVID-19 böhranı nəzərə alınmasa belə, şirkətlərin tədarük şəbəkələrini sağlamlaşdırmaq üçün vacibdir.
5. Müştərilərinizə yaxın olun. Çətin dövrlərin öhtəsindən gələn şirkətlər, müştərilərinə investisiya edən, onların davranışlarını öncədən təxmin edən qurumlara çevrilir. Məsələn, Çində istehlakçı tələblərində enmə oldu, ancaq tələb tamamilə aradan qalxmadı, bunun əvəzinə insanlar qida və digər ehtiyaclarını onlayn sifariş ilə tədarük etməyə yönləndilər. Bu da şirkətlərin onlayn və çoxlu kanal dağıtımı üsullarına investisiya etmələrinin lazım olduğunu göstərdi.
6. Planı tətbiq edin. Əlbəttə ki, planlar qurmaqla da iş bitmir, onların reallaşması isə onu göstərir ki, hər kəs böhran planlarının icra edilməsi prosesini düzgün başa düşüb.
7. Sosial xidmətlərinizi genişləndirin. Bir şirkət ancaq içərisində olduğu cəmiyyət qədər güclüdür. Qurumlar bu sosial böhran dövründə mövcud güclərini, dəyərlərini, pul, komanda, mütəxəssislərini, dəstək mexanizmlərini yaratmaq üçün istifadə etməsi lazımdır. Məsələn, bəzi şirkətlər ehtiyaca cavab vermək üçün mövcud istehsallarını medikal maska, geyim istehsalına dəyişdirdi.
facemark.az