Müəllif - Eldar Kərimov - Banco.az
ABŞ prezidenti Donald Tramp, BRICS ölkələrinə dolların "məhv edilməsi" ideyasını səsləndirəcəkləri təqdirdə, 150%-lik gömrük rüsumları tətbiq olunacağı barədə xəbərdarlıq edib. Bu barədə Yahoo xəbər verir.
"BRICS-ə gəlincə, onlar yeni bir valyuta yaratmaq niyyətində idilər. Onlar bəlkə də yuan istifadə etmək istəyirdilər. Mənim dediyim ilk şey bu oldu: Dolların məhv edilməsi barədə danışan hər hansı BRICS ölkəsi 150%-lik tariflərlə üzləşəcək", — deyə ABŞ lideri bildirib.
BRICS ölkələri həqiqətən də ortaq bir valyuta yaratmaq imkanlarını araşdırıblar. Lakin keçən həftə Braziliya rəsmiləri bu ideyanın artıq gündəmdən çıxarıldığını və heç vaxt texniki müzakirə səviyyəsinə çatmadığını bildiriblər.
Braziliya prezidenti Lula da Silva cümə axşamı Trampın təhdidlərinə münasibət bildirib. O, Birləşmiş Ştatların tətbiq edə biləcəyi yeni tariflərə uyğun tədbirlər görəcəklərini və Trampı "dünyanın imperatoru olmaqda" ittiham edib.
Əvvəllər Tramp bildirmişdi ki, əgər BRICS ölkələri qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina edərsə, onların ABŞ-a mal idxalına 100%-lik tariflər tətbiq olunacaq.