Bitkoinin qiyməti 2 ildən sonra yenidən 65 min dolları ötüb | Banco.az

Bitkoinin qiyməti 2 ildən sonra yenidən 65 min dolları ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoinin qiyməti 2021-ci ildən bəri ilk dəfə olaraq 65 min dollara çatıb.

Banco.az xəbər verir ki, kriptovalyuta bazarlarında yüksəliş dinamikası davam edir.

Ən dəyərli kriptovalyuta olan bitkoin 2 ildən artıq müddətdən sonra ilk dəfə 65 min dolları ötüb.

Qeyd edək ki, kriptovalyutaların bahalaşmasına texnologiya səhmlərindəki müsbət atmosfer təsir göstərib.

Xatırladaq ki, bitkoin 2 ayda 50 faiz, son 12 ayda isə 200 faizə yaxın dəyər qazanıb. Kriptovalyuta bazarının ümumi dəyəri 2,42 trilyon dollar olaraq qeydə alınıb. 

Məlum olduğu kimi, 2 trilyon həddi sonuncu dəfə 2022-ci ilin aprelində keçilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram