Dünyanın əsas kriptovalyutası sayılan bitkoinin qiyməti bahalaşmaqda davam edir.
Bitkoinin qiyməti 11 min 751 dollardır. Gün ərzində bu valyuta 1,35 faiz bahalaşıb. Bitkoinin bazar dəyəri 199,27 milyard dollara yüksəlib.
Ethereumun məzənnəsi də hərəkətlidir. Bu kriptovalyutanın dəyəri 466,84 dollar təşkil edir. Bazar kapitalizasiyası artaraq 45,32 milyard dollar olub.
Mənbə: Oxu.az