Bitcoinin qiyməti niyə enir? Hazırda kriptovalyuta bazarında daha çox mənfi xəbərlər haqda danışılır.
Bazardakı qorxunun azalması üçün mütəxəssislər bu qədər aşağı qiymətdən bir daha olmayacağını söyləyərkən, yazda 25 min dollara yüksəlməsi gözlənilən Bitcoin üçün investorlara həyəcanlanmamaq tövsiyə olunur.
Bitcoin-in qiyməti niyə aşağı düşür?
Kriptovalyuta bazarı tənzimləyici təzyiqlər və Asiyadakı həcmlərin azalması qorxusu səbəbiylə 2018-ci ilin yanvar ayından etibarən özünə gələ bilmir. Bitcoin qiyməti hazırda 10 min dollardan da çox aşağıdır. Təxminən 7500 dollara əməliyyat həyata keçirir.
Enişin arxasında duran 5 əsas səbəb
1. Kredit kartı ilə Bitcoin ala bilməmək
“Guardian” və “BBC News” məlumat verir ki, həm Birləşmiş Krallıq, həm də ABŞ-dakı “Lloyds Banking Group” müştərilərin kredit kartları ilə Bitcoin-i satın almasını əngəlləyəcək bir sıra qadağalar gətirib.
ABŞ-dakı maliyyə qurumları ötən həftə oxşar addımla yadda qaldı. “Bank of America”, “JP Morgan Chase” və “Citigroup” kredit kartları ilə bundan sonra Bitcoin almaq mümkün olmayacaq.
2. Cinayətdə istifadə edilməsi
Anonimliği sayəsində əvvəlində çirkli pulların yuyulması və narkotik satma pul vahidi olan Bitcoin ev soyğunçuluğu etmiş, saxtakarlıq yolu ilə rəqəmsal ticarətdən milyonlarla dollar qazanmış cinayətkarların hədəfi halına gəlmişdi. İndi isə bunu aradan qaldırmaq üçün tədbirlər görülür.
3. Tənzimlənmənin azlığı
Hökumətlərin kriptovalyuta üzərində təsirinin olmaması səbəbi ilə buna çox da müsbət yanaşmadıqları bəllidir. Bu səbəbdən hər həftə dünyanın müxtəlif ölkələrində hökumətlər kriptovalyutaları tənqid edən açıqlamalar verir. Kağız pul kimi depolanamaması və qızıl kimi sabit dəyər vahidləri ilə dəstəklənməyəcəyini iddia edən hökumətlər kriptovalyutanı təsirsizləşdirməyə çalışır.
4. Sosial media təşkilatları
“Facebook” yaxın zamanda kriptovalyutalarla əlaqədar verilən reklamları qadağan etdi. Eyni qadağanı “Instagram”-a da tətbiq edəcəyini bildirən “Facebook” bu qərarında israrlı görünür.
5. Davam edən araşdırmalar
Tether haqqında aparılan istintaqdan sonra insanlar həyəcanla əllərində olan kriptovalyutaları satmağa başladılar. Bu da Bitcoin-in qiymətinə təsir etdi.
Daha əvvəl də hökumətlərin bu cür qadağaları ilə Bitcoin-in qiyməti enmiş və sonra sürətlə yüksəlməyə başlamışdı. Bundan sonra hazırda “ayı bazarı”nda kimi görünən kriptovalyuta bazarı yaın vaxtda “öküz bazarı”na keçə bilər.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
“Lightning Network” nədir və necə işləyir?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.