Birləşmiş Krallıqda necə hesab açmalı? | Banco.az

Birləşmiş Krallıqda necə hesab açmalı?

İngiltərə banklarında hesab açmaq, formal prosedurlar baxımından kifayət qədər sadədir. Lakin çoxsaylı qalmaqallar, reyulyatorlar tərəfindən tətbiq edilən iri məbləğli cərimələrdən sonra, ingilis bankarı öz müştəri “cərgələrinin təmizliyinə” olduqca ciddi yanaşırlar və əgər müştəri onlara şübhəli gələrsə hesab açmaqdan imtina edə bilərlər.

Qeyri rezidentlərə münasibətdə, ən açıq bank Lloyds, ən qapalı isə RBS hesab olunur. Amma əgər müştərinin qanunla problemi yoxdursa və o, banka bir çamadan nağd pulla gəlmirsə, həmçinin hesabın ona nə üçün lazım olduğunu aydın şəkildə izah edə bilirsə, hesab açılması ilə bağlı bankda heç bir problemlə üzləşmir.

Britaniya banklarında hesab açmaq üçün minimal sənədlər siyahısına – müştərinin xarici pasportu, Birləşmiş Krallıq ərazisində yaşadığı yerdən arayış (həmin banka yaxın olması tövsiyə olunur) daxildir. Yaşayış yerini təsdiqləyən sənəd zəruridir, onsuz hesab açılmayacaq. Belə ki, bank müştəriyə məktub, hesabla bağlı çıxarılış, kart və s. göndərmək imkanına malik olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Ünvanın mövcudluğunu sübut edən sənədlər kimi, müştərinin adına olan kommunal hesablar, yaşayış yerinin icazəsi haqqında müqavilə, mənzil sahibinin adından məktub ola bilər ki, bu məktubda müştərinin həmin ünvanda yaşadığı öz əksini tapmış olsun. Bəzi hallarda iş yerindən (əgər müştərinin ingiltərəli işəgötürəni varsa) və ya təhsil aldığı yerdən və s. tövsiyə məktubu da tələb oluna bilər. Amma ümumiyyətlə, əgər bank tələbolunan əlavə sənədlərin sayını artırarsa, onda sadəcə başqa banka getmək olar.

Yeri gəlmişkən, bankın sizə hər ay göndərdiyi məktublar və çıxarılışlar, daha sonra başqa bir bankda hesab açarkən yaşayış yerini təsdiqləyən sənəd kimi istifadə oluna bilər, ona görə də onları saxlamağa dəyər.

Adi cari hesabın açılması zamanı ona vəsait daxil etmək və ya ona xidmət göstərilməsi üçün hər hansı bir komisyon haqqı ödəmək tələb olunmmur. Prosedurun özü isə çox vaxt aparmır. Əgər hesaba bağlı kart varsa. Kart bir həftə ərzində müştərinin hesab açarkən təqdiq etdiyi ünvana göndəriləcək.