Müəllif - Aida İsaq, Banco.az
Amerikalı iş adamı Bill Qeyts Afrikanın ən yoxsul ölkələrinə humanitar yardımların azalmasından narahatdır. Banco.az xəbər verir ki, o, bunu Ukraynadakı silahlı münaqişə ilə əlaqələndirib.
"Microsoft"un qurucusu "Bill və Melinda Qeyts Fondu"nun yaxın vaxtlarda fəaliyyətə başlayacağı Keniyaya səfər edib. Jurnalistlərə açıqlama verən B.Qeyts qeyd edib ki, Avropanın büdcəsi Ukraynaya kömək etməklə tükənir.
Bundan əvvəl "Bill və Melinda Qeyts Fondu" dörd il ərzində Afrika ölkələrinə yardım üçün 7 milyard dollar mələğində vəsait ayıracağını açıqlamışdı. Bu, əvvəlki dörd illik dövrlə müqayisədə 40 faiz çoxdur. Vəsait aclıq, xəstəlik, yoxsulluq və gender bərabərsizliyi ilə mübarizəyə sərf olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!