Microsoft-un qurucusu Bill Qeyts Vayominqdə onun "TerraPower" şirkəti tərəfindən həyata keçirilən atom elektrik stansiyası (AES) layihəsinə milyardlarla dollar sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki, sahibkar bu barədə CBS News-a müsahibəsində bildirib.
"Mən bir milyarddan çox sərmayə qoymuşam və daha milyardlarla sərmayə qoyacağam" -, deyə iş adamı qeyd edib.
O qeyd edib ki, layihə reaktorun su ilə deyil, natriumla soyudulacağı nüvə elektrik stansiyasının tikintisini nəzərdə tutur. Bunun generasiya prosesini daha təhlükəsiz və daha ucuz edəcəyinə güman edilir. Onlar stansiyanı 2030-cu ilə qədər istifadəyə verməyi planlaşdırırlar.
Bundan əlavə, Qeyts bildirib ki, layihə ABŞ-a mümkün qədər çox nüvə enerjisini cəmləşdirməyə imkan verəcək ki, Çin kimi digər ölkələri yeni nüvə silahı yaratmaq imkanından məhrum etsin.
Bizi sosial şəbəkələrdən izləyin!!