"Bəzi şirkətlər ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində irihəcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim edib".
Bunu rəmi mətbuat üçün yazdığı məqaləsində Energetika naziri Pərviz Şahbazov bildirib.
“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə sahəyə investisiya qoyuluşunun təşviq edilməsi üçün BP, “TOTAL”, “Masdar,” “ACWA Power” və bir sıra digər tanınmış beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq həyata keçirilir. Ümumilikdə, 9 şirkətlə əməkdaşlığa dair sənədlər imzalanıb. Avropa, Çin, Yaponiya, Türkiyə, Cənubi Koreya, ərəb ölkələrindən daha bir neçə şirkət Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bəzi şirkətlər ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində irihəcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim edib. Bu təkliflər hazırda öyrənilir və ölkə üçün əlverişliliyi dəyərləndirilir”,- Nazir bildirib.
Marja