Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan Fintex Assosiasiyası arasında ilk görüş keçirilib | Banco.az

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan Fintex Assosiasiyası arasında ilk görüş keçirilib

Beynəlxalq Valyuta Fondunun (BVF) Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı üzrə 20 oktyabr - 3 noyabr 2021-ci il tarixlərində keçirilən virtual missiyası çərçivəsində Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyəti ilə “Fintex Assosiasiyasının rolu və tənzimləyici qurumla əlaqələr” mövzusunda görüş keçirilmişdir.

Banco.az bildirir ki, Dünya Bankının missiya rəhbəri Tatyana Alonso Qispertin rəhbərlik etdiyi virtual missiyanın üzvlərinə Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov tərəfindən assosiasiyanın əsas hədəfləri və fəaliyyət istiqamətləri, ekosistemin yeni iştirakçılarının cəlb olunması, həmçinin yerli və beynəlxalq maliyyə institutları ilə qarşılıqlı əməkdaşlığın qurulması üzrə atılan addımlara dair məlumat verilmişdir.

Qarşılıqlı müzakirələr əsasında keçirilən görüşdə virtual missiya nümayəndələrinin sualları cavablandırılaraq Azərbaycan Fintex Assosiasiyanın İdarə Heyətinin üzvləri fintex ekosistemində fəaliyyət göstərən maliyyə institutları və onlar tərəfindən tətbiq edilən innovativ ödəniş həlləri, banklarla mövcud əməkdaşlıq istiqamətləri, habelə gələcək perspektivdə ekosistemin inkişafı üzrə zəruri olan islahatlar haqqında məlumat verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et