Ləğvetmə prosesində olan “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin (BSŞ) bağladığı və qüvvədə olan sığorta müqavilələri “Günay Sığorta” ASC-yə ötürüləcək.
Bu barədə BSŞ-nin Ləğvetmə komissiyasına istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, sığortalıların əlavə məlumata ehtiyac yarandığı təqdirdə şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı küçəsi, 40C, "IIC Building" ünvanında yerləşən ofisi ilə əlaqə saxlaya bilərlər.
Tel: (99412) 596 22 02, Faks: (99412) 596 22 12 e-poçt: [email protected]
Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ötən il oktyabrın 12-də keçirilmiş növbədənkənar ümumi yığıncağında Bankın törəmə müəssisəsi olan BSŞ-nin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib. Buna səbəb şirkətin maliyyə göstəricilərinin təsisçini qane etməməsi olub.
Mənbə: Report.az