Beynəlxalq Bank-ın problemli kreditlərini yığmaq üçün işçilər axtarılır | Banco.az

Beynəlxalq Bank-ın problemli kreditlərini yığmaq üçün işçilər axtarılır

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) baş ofisinə hüquqşünas vəzifəsinə işə qəbul elan edib.

BOKT-dan verilən məlumata görə, işə götürüləcək şəxslər “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) qəbul edilmiş problemli kreditlərin yığılması ilə məşğul olacaq.

Namizədlərə qarşı hüquqşünaslıq ixtisası üzrə ali təhsil, Azərbaycanın bank sistemində iş təcrübəsi, mülki və bank qanunvericiliyi üzrə dərin bilik, məhkəmələrlə işləmək bacarığı, digər şəhər və rayonlara ezamiyyətə getmək imkanı kimi tələblər qoyulub.

Ən sərfəli kredit üçün müraciət et

İşə qəbul zamanı Bakı Dövlət Universiteti və Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakultəsində təhsil almış tələbələrə üstünlük veriləcək. Əmək haqqı razılaşma yolu ilə müəyyən olunur.

Xatırladaq ki, “Aqrarkredit” ABB-nin problemli aktivlərinin idarə edilməsi ilə məşğuldur. BOKT Bankın səhmlərinin 14,56%-nə nəzarət edir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et