Beyin fəaliyyətini aktiv tutmaq üçün 30 takt | Banco.az

Beyin fəaliyyətini aktiv tutmaq üçün 30 takt

Beynimiz olmasaydı biz heç nə edə bilməzdik. İnsan beyni orqanizmin ən möcüzəvi üzvüdür. Onu sağlam saxlamaq bizi daha uğurlu bir insan edər.

Budur beyin fəliyyətini aktiv tutmaq üçün 30 takt:

1.Krassvord həll edin.

Əvvəl asan olanlardan başlayın. Daha sonra çətinlərini həll edin. Mürəkkəbləri həll etdikcə sudokuya da başlayın.

2.Səhər yeməyi mütləqdi.

Səhər yeməyinin rolu danılmazdı. Bulka və çayla qidalanan insanın beyninin fəaliyyətilə zəngin səhər yeməyi etmiş insanın beynin fəaliyyəti çox fərqlidi.

3.Daha çox su!

Gün ərzində minimum 1 litr su orqanizmin fəaliyyətini yaxşılaşdırır. Beyin də bundan öz payını götürür. Alimlər vacib bir qərar qəbul etməzdən əvvəl 3 stəkan su içməyi məsləhət görür.

4.Kim sevirsə idmanı.

İdman sadəcə formada qalmaq üçün deyil həmçinin beyin fəaliyyətini yaxşılaşdırmaq üçün də əvəz edilməzdi. Araşdırmalar göstərir ki, idmançılar beyni elmlə məşğul olanlara nisbətdə daha çevikdir.

5.Kalkulyatordan uzaq olun.

Sadə hesablamalar üçün beyninizi istifadə edin.

6.Bir dil, bir insan.

Araşdırmalar insanların yeni dil öyrənərkən həyatının digər sahələrində də daha motivasiyalı olduğunu göstərir. Bir neçə dil bilmək insanların problemləri həll etmək və özünü ifadə etmə tərzində özünü göstərir.

7.Sənədli film izləyin.

Misir ehramları haqqında kitab oxumaq yerinə bu haqda çəkilən sənədli film daha maraqlıdı.

8.Mahnı sözləri?

Müşahidələr göstərir ki, mahnı səsləndikcə insanlar sözbəsöz oxusa da, sözləri əzbər bilmir. İnanmırsınızsa sınayın, nəqarətdən başqa hansı sözləri xatırlayırsınız? Mahnı sözlərinə alternativ olaraq şer əzbərləyə bilərsiniz.

9.Ruhun qidası

Gözəl musiqi həm ruhun, həm də beynin qidasıdır. Lakin musiqi siyahınızı tez-tez yeniləyin. Müxtəlif janrlar,  keyfiyyətli musiqilər dinləyin.

10.Xatirələr.

 Köhnə şəkillər və xatirə dəftərlərini vərəqləmək beyni bir anlıq keçmişə aparır, detalları xatırlamağa vadar edir.

11.Hekayə danışın.

Tək qalanda hekayə danışın. Beyninizdə hadisələr, obrazlar, küçələr, evlər canlandırın. Zehin daima bunun ardını fikirləşəcək. Buna görədə effektli üsullardan sayılır.

12.Söz öyrənin.

Zəkanın söz ehtiyatı ilə əlaqəsi çoxdu. Buna görədə yanınızda lüğət daşıyın, hər gün bir söz öyrənin.

13.Test.

Beyninizin nədə zəif olduğunu bilmək üçün test edin. Yaddaş, problemi həll etmək, sürət, diqqət və s. Nədə zəifsinizsə onu müəyyənləşdirin və aradan qaldırmaq üçün məşqlər edin.

14.Navigasiya istifadə etməyin.

Yolları yadınızda saxlamağa çalışın. Taksi sürücülərinin beyni digərləri ilə müqayisədə daha fəaldı. Yeni yollar öyrənmək zehni inkişaf etdirir. İş yerinizə, universitetə getdiyiniz yolları dəyişin ara-sıra.

15.Meditasiya ilə məşğul olun.

Ən sərfəli kredit üçün müraciət et

Meditasiya beyni boşaltmaqda ən effektli üsuldu.

16.Puzzle oynayın.

Parçaları birləşdirmək beyni işlədir. Nə olması fərq etməz istər xəritə olsun, istər şəkil. Əsas odu puzzle oyunu olsun.

17.Musiqi aləti.

Hər hansı bir musiqi alətində ifa edən uşaqların İQ səviyyəsi daha yüksəkdi. İstənilən yaşda hər hansı bir musiqi aləti alın və çalmağı öyrənin.

18.Məqalə oxuyun

Söhbət gündəlik cinayət və ya şou-biznes xəbərlərini oxumaqdan getmir. Mövsüm dəyişikliyi və ya allergiya haqqında oxuyun. Tanış olmayan mövzulara üstünlük verin.

19.Oyun

Kompüter və playstation oyunları da zəkanın inkişafında yararlıdı. Amma saatlarla oynamamaq şərtilə.

20.Eviniz

Evinizə virtual gəzinti edin. Nəyin harda olduğunu, daima gözünüzün üzərində olan şeylər nədi bunları gözünüz önünüdə canlandırmağa çalışın. Əgər xatırlamırsınıza, evinizi göz yaddaşı ilə yadda saxlamağa çalışın.

21.Dünən nə yedim

Hər gün dünən nə yediyinizi xatırlamağa çalışın və listə yazın. Dünəndən əvvəlki günü xatırlamaq istəsəniz bu beyni daha da gücə salacaq.

22.Xüsusi günlər

Ailə üzvlərinin, dostların ad günlərini, yubileylərini, evləndiyiniz tarixi facebook və ya mobil xatırlatma olmadan yadınızda saxlamağa çalışın. Hər axşam yatarkən bu günləri özünüzə xatırladın.

23.Təkrarlara yox.

Daima təkrarlanan hərəkətləri dəyişdirin. Məsələn tez-tez evə başqa yollarla gəlin, dişinizi sol əlinizlə fırçalayın, kompüter siçanını sol əlinizlə işlətməyə çalışın. Və ya əksinə.  Rutin pozulanda beyin yenidən güclənir.

24.Danışmaq qızıldı :)

Yeni məlumatlar, köhnə xatirələr nə bilirsinizsə ətrafınızdakılara danışın. Danışılan informasiya yaddaşınıza yazılır.

25.Uşaqlar

Uşaqlarla oynamağa çalışın. Onların çətin şeylərə asan həllər tapmağı və praktik düşüncə tərzləri sizə çox kömək olacaq.

26.Ən az 8 saat.

Yaxşı yatmış insanın beyni digərlərinə nisbətdə daha yaxşı işləyir. Beyinin dincəlməsi və çevik olması üçün keyfiyyətli yuxu vacib şərtdi.

27.Şokolad kimi

Şokoladın beyində yaratdığı effekt heç nə ilə müqayisə oluna bilməz. Gündə 2 fincan isti şokolad içən insanların beyni daha sağlam qalır.

28.Sevgi

Beyin hormonların da təsirinə məruz qalır. Kişilər  haqqında konkret demək mümkün olmasa da, araşdırmalar aktiv qadınların yaddaşlarının daha güclü olduğu və problem həll etməkdə daha bacarıqlı olduqlarını göstərir.

29.Dincəlin

Nə qədər çox oxusam, araşdırsam o qədər yaxşıdı deməyin arada-bir istirahət edin, dincəlin.

30.Ara verin

Yorğunluq hiss etdiyiniz vaxt mütləq ara verin. Kofe, çay için. Bunlar həmçinin yenidən işinizin başına qayıdan da fikrinizi toplamağa kömək olacaq.