“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin Münsiflər Heyətinin qiymətləndirmə sessiyası başa çatıb. Sessiya çərçivəsində Deloitte və PAŞA Bank təmsilçiləri namizəd şirkətləri Münsiflər Heyətinə təqdim ediblər. Təqdimatlar zamanı iştirakçı şirkətlərin idarəetmə yanaşmaları, strateji baxışları və ümumi biznes fəaliyyətləri ətraflı müzakirə olunub.
Qiymətləndirmə prosesi proqramın dörd əsas meyarı — strategiya, əməliyyatlar, innovasiya və korporativ mədəniyyət üzrə aparılıb. Münsiflər Heyəti namizədləri bu istiqamətlər üzrə hərtərəfli nəzərdən keçirib.
Qeyd edək ki, “Best Managed Companies Azerbaijan” proqramının məqsədi ölkənin qabaqcıl şirkətlərini müəyyənləşdirmək və onların dayanıqlı inkişafını dəstəkləməkdir.
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin sponsorları PAŞA Bank və Deloitte Private, tərəfdaşları isə Azərbaycan Biznesinin İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır.
Bu beynəlxalq müsabiqə Azərbaycanda 2021-ci ildən keçirilir. İndiyədək 50-yə yaxın şirkət iştirak edib, 10-dan çox şirkət isə “Best Managed Companies Azerbaijan” tituluna layiq görülüb. Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement (iki dəfə qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat laureatı) və Azərsun Holdinq yer alır.



Bizi sosial şəbəkələrdən izləyin!!
