“Bəli” demədən əvvəl özünüzdən soruşmalı olduğunuz 6 sual | Banco.az

“Bəli” demədən əvvəl özünüzdən soruşmalı olduğunuz 6 sual

Daha məhsuldar və uğurlu bir həyat üçün bizə hər zaman belə məsləhət verildi: “Xeyr deməyi öyrənin”.

“Xeyr” deməyi bacarmaq günümüzdə lazımlı bir vərdiş olsa da, bəzən “xeyr” deyərək çox şey itirə bilərik. Çünki, həyatımız qarşımıza çıxan fürsətləri dəyərləndirərək gözəlləşir. Bəs, biz nə etməliyik?

Əslində məsələ sadədir; bəli demədən öncə özünüzə aşağıda qeyd edilən 6 sualı verərək sizə edilən bir təklifin həqiqətən fürsət olub-olmadığını başa düşə bilərsiniz.

1) Bu, hansı məqsədə xidmət edir?

Qarşınıza çıxan fürsətlərə “xeyr” deyə bilmədiyiniz üçün “bəli” deməməlisiniz. Özünüzdən soruşun: “Bu təklifin hədəflədiyim şeyə bir xeyri olacaq?”, “Nəsə öyrənməyimə köməklik edəcək?” və bəlkə də ən önəmlisi “Əylənəcəyəm?”

Suallara verdiyiniz cavablar “xeyr”dirsə, bu zaman özünüzü “bəli” deməyə məcbur hiss etməyin və”xeyr” deməkdən bir ziyan gəlməz.

2) Niyə yox deməkdən çəkinirəm?

Bəzən necə “xeyr” deyəcəyimizi bilmədiyimiz üçün “bəli” deyərik. Sanki, “xeyr” dediyimizdə bu qarşımızdakı insanı küsdürəcək və bizə daha heç bir şey təklif etməyəcək anlamına gələ bilər. Lakin, unutduğumuz bir şey var: Kimsə bizə “xeyr” dediyində bunların heç biri olmur. Elə isə, nədən çəkinirik?

Yazıçı Jess Ekstrom-un maraqlı bir “xeyr” demək vərdişi var. Əvvəlcə təklif edən insana onu düşündüyü üçün təşəkkür edir, sonra bu səfərlik onda alınmadığını deyir və uğurlar arzulayır. Təbii ki, hər kəsin tərzi fərqlidir, sizə ən uyğun olanı seçin.

3) Bunu edəcəyim vaxtda başqa nələr edə bilərəm?

Biz buna iqtisadiyyatda “Marjinal dəyər” deyirik. Əgər sizə təklif edilən şey həqiqətən çox dəyər verdiyiniz və etmək istədiyiniz bir şey isə qəbul edin. Ancaq, ağlınızda “Bunu edəcəyimə başqa şey edərəm” kimi bir düşüncə formalaşırsa və burada sözü keçən “başqa şeyi” həqiqətən edəcəksinizsə, “xeyr” deməlisiniz.

Ən sərfəli kredit üçün müraciət et

4) İşimi kiməsə tapşıra bilərəm?

Bu sual daha çox işləyən kütləyə xitab edir. Əsasən, biznesmenlər başlanğıcda maddi çatışmazlıqdan dolayı tək işləmək məcburiyyətində qalırlar. İşlə bağlı hər şeyi bildikləri üçün əvvəllər problem olmayan bu məsələ, biznes inkişaf etdikcə böyük bir problemə çevrilir. Bax bu yerdə “Hər şeyi özüm bacarıramsa, başqasına niyə pul verim” deyə düşünməməlisiniz. Çünki, bir çox şeyi sizdən yaxşı edə biləcək bir çox insan var. Bundan əlavə, hər şeyi özünüz edərək vaxtınızı məhsuldar istifadə edə bilmərsiniz.

Komandanıza yeni insanlar qatın və həqiqətən qəbul etmək istəyiniz təkliflərə vaxt çatışmazlığından dolayı “xeyr” deməyin. Buraxın komanda dostlarınız sizi əvəz etsin.

5) Enerjimi alan şey nədir?

Enerjinizi ən sürətlə alan şey digər insanların nələr etdiyi haqqında narahat olmaq və nəzarətinizdən kənarda olan hadisələrdir. Eyni zamanda, müqayisə etmək də enerjinizi sıfıra endirə biləcək gücdədir. Belə hiss edəcəyiniz mühitdə olmamağa çalışın. Həmçinin, unutmayın: Hər hansı şəxsin uğurlu olması sizin üçün yer olmadığı anlamına gəlmir.

6) Yenidən necə enerjili ola bilərəm?

Daha enerjili və məhsuldar ola bilmək üçün bəzən fərqli şeylərlə maraqlanmaq lazımdır. Yorğun olduğunuz 10 saatlıq iş rejiminin əvəzinə enerjili və yaradıcı olduğunuz 4 saatlıq bir iş rejimini daha üstün tutun. Təqdim edilən təklif sizi rahatladacaq və yenidən enerjili edəcəksə, qəbul etməkdə tərəddüd etməməlisiniz.

“Kütlənin davamlı məşğul olmağınızı qürurlanacaq bir şey halına gətirən normaları qırın, çünki davamlı məşğul olmaq hədəflərinizi həyata keçirmək üçün qeyri-məhsuldar və heç də əyləncəli olmayan bir yoldur” – Jess Ekstromg

Moneta.az