BƏƏ neft şirkəti aşağı karbon emissiyası üçün 15 milyard dollar ayıracaq | Banco.az

BƏƏ neft şirkəti aşağı karbon emissiyası üçün 15 milyard dollar ayıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

BƏƏ-nin aparıcı neft şirkəti aşağı karbon emissiyası üçün 15 milyard dollar sərmayə yatıracaq.

Banco.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təbii qaz və neft şirkəti “ADNOC” aşağı karbon emissiyasına 15 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi xəbər agentliyi “WAM” məlumat yayıb.

Xəbərdə bildirilib ki, “ADNOC” 2030-cu ilə qədər emissiya intensivliyini 25 faiz azaldacaq tədbirlər çərçivəsində layihələr hazırlayıb.

Qeyd edək ki, “ADNOC” neft və qaz şirkəti 2030-cu ilə qədər karbon qazı saxlama gücünü ildə 5 milyon tona çatdırmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et