Bazar dəyərinə görə ən böyük neft və qaz şirkətləri | Banco.az

Bazar dəyərinə görə ən böyük neft və qaz şirkətləri

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft müasir sənayenin əsas ehtiyaclarından biridir. Bu, nefti emal edən və satan şirkətlərə yüksək rentabelliyə malik olmağa imkan verir. Neft sənayesi enerji sektorunun mühüm tərkib hissəsidir. Sözügedən sənaye nəqliyyatdan əlavə, müdafiə və tibb kimi müxtəlif sahələrlə də əlaqəlidir.

Neft şirkətləri çox vaxt enerji sektorunda fəaliyyət göstərən dövlət müəssisələri və özəl korporativ qruplarla bağlı olur. Çin və Rusiyada dövlət müəssisələrinin nəzdində qurulan şirkətlər daha çox ön plandadır. ABŞ, Avropa və Avstraliyada isə bu şirkətlər ümumiyyətlə özəl sektora məxsusdur. Beynəlxalq səviyyədə xidmət göstərən müəssisələr birja investisiyalarına açıqdır. Birja platformaları vasitəsilə bu şirkətlərin səhmlərini almaqla investisiya etmək mümkündür.

Bazar dəyərinə görə dünyanın ən böyük 10 neft-qaz şirkəti isə bunlardır:

1. Saudi Aramco (Səudiyyə Ərəbistanı): 2.1 trilyon dollar

2. Exxon Mobil (ABŞ): 411.9 milyard dollar

3. Chevron (ABŞ): 286.2 milyard dollar

4. PetroChina (Çin): 209.9 milyard dollar

5. Shell (Böyük Britaniya): 205.7 milyard dollar

6. TotalEnergies (Fransa): 150.8 milyard dollar

7. ConocoPhillips (ABŞ): 130.1 milyard dollar

8. Petrobras (Braziliya): 114.4 milyard dollar

9. BP (Böyük Britaniya): 101.2 milyard dollar

10. CNOOC (Çin): 99.5 milyard dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram